Millimizin rəqibləri noyabrın 28-də müəyyənləşəcək

Millimizin rəqibləri noyabrın 28-də müəyyənləşəcək
19 yaşadək futbolçular arasında növbəti Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasiminin vaxtı müəyyənləşib. Fanat.az xəbər verir ki, noyabrın 28-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 13.15-də başlayacaq. 
Seçmə mərhələdə 52 komanda mübarizə aparacaq. Onlar hər birində 4 komanda olmaqla 13 qrupa bölünəcək. 2015-ci ildə keçiriləcək Avropa çempionatının ev sahibi Yunanıstan və müğarizəyə elit-ruandan başlayacaq İspaniya millisi seçmə mərhələdən azaddı.
UEFA püşkatmadan öncə komandaları reytinqinə görə iki səbətə bölüb. Azərbaycan millisi nisbətən zəiflərin yer aldığı B səbətindədi. 
Hər qrupdan ilk 2 yerin sahibi və ən yaxşı göstəriciyə malik 3-cü komanda elit-raunda yüksələcək. Onlara burda İspaniya millisi qoşulacaq.
Qeyd edək ki, 2014-cü ildə Avropa çempionatının final mərhələsi Macarıstanda keçiriləcək. Bu çempionatın seçmə mərhələsində Azərbaycan 3-cü qrupda mübarizə aparıb. İrlandiya, İsveç, Bosniya və Hersoqovinya rəqib olan yığmamız qrup sonuncusu olub.
A səbəti: Fransa, Serbiya, Türkiyə, Portuqaliya, İngiltərə, Hollandiya, Danimarka, Xorvatiya, Almaniya, Belçika, İrlandiya, İtaliya, Norveç, Çexiya, Ukrayna, Gürcüstan, Avstriya, İsveçrə, Slovakiya, Rumıniya, Şotlandiya, Macarıstan, Polşa, Rusiya, Bosniya və Hersoqovina, İsrail.
B səbəti: Sloveniya, Şimali İrlandiya, Belarus, Kipr, Monteneqro, Uels, Bolqarıstan, Makedoniya, İslandiya, Finlandiya, Estoniya, Ermənistan, Albaniya, Azərbaycan, İsveç, Latviya, Litva, Moldova, Farer adaları, Malta, Qazaxıstan, Lüksemburq, San-Marino, Andorra, Lixtenşteyn, Cəbəllütariq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər