Millimizin heyətində dəyişiklik edildi

Millimizin heyətində dəyişiklik edildi

Martın 17-dən 21-dək Bakıda təşkil olunacaq Avropa çempionatının əsas seçmə mərhələ oyunlarına hazırlaşan futzal üzrə Azərbaycan milli komandası fevralın 10-dan 22-dək Belarusun paytaxtı Minsk şəhərində təlim-məşq toplanışı keçirəcək. 

Fanat.az xəbər verir ki, Belarusa yollanacaq komandanın heyətində 1 dəyişiklik baş verib. Zədəli Fernando Da Silva Amadeunun əvəzinə toplanışa “Fənər” komandasının üzvü İlkin Hacıyev dəvət olunub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər