Azərbaycan Kubokunda 2026/27 mövsümü start götürür.
Fanat.Az xəbər verir ki, 2-ci Liqa komandalarının iştirak edəcəyi 1-ci təsnifat mərhələsinin açılış günündə 2 matç baş tutacaq.
Eyni vaxtda başlayacaq görüşlərdə "Qaradağ Lökbatan" "Şəki" ilə", "Şəmkir" isə "Ağstafa Gəncləri" ilə üz-üzə gələcək.
Qeyd edək ki, mərhələnin digər görüşləri 8 oktyabrda (“Difai” – “Zəngəzur”, “Marafon” – “Dinamo”, “Şirvan” – “Kür-Araz”) və 9 oktyabrda (“Ağdaş” – “Hypers”) keçiriləcək.
Azərbaycan Kuboku
1-ci təsnifat mərhələsi
7 oktyabr
14:30. “Qaradağ Lökbatan” – “Şəki”
Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.
“Qaradağ Lökbatan”: 1. Amin Fərhadzadə, 9. Təmraz Əmircanov (k), 14. Hüseyn Hüseynli, 10. İlkin Əliyev, 15. Vüsal Alızadə, 88. Rəvan Abasov, 77. Nurlan Bayramov, 21. Tural Axverdiyev, 22. Kamil Mahmudov, 4. Amin Ağayev, 27. Əjdər Hacılı.
Ehtiyat oyunçular: 90. Fərman Bayramov, 17. Sabir Allahquliyev, 44. Samir İbrahimov, 6. İsa Zeynallı, 3. Nicat Əskərov, 8. Ramil Orucov, 7. Rəhman Quliyev, 19. İbrahim Bayramov, 5. İbrahim Novruzov, 11. Əli Əlizadə.
Baş məşqçi: Amit Quluzadə.
“Şəki”: 13. Ayxan Qocayev, 8. Elçin Abdullayev (k), 7. Zaur Fərzəliyev, 99. İman Müseyibov, 23. Fərid İslamzadə, 4. Fərid Məmmədov, 19. Rəşad Zeynallı, 9. Elgün Hacıbabayev, 88. Firuz Osmanov, 18. Oktay Həsənli, 16. Cəsur Alxaslı.
Ehtiyat oyunçu: 55. Elcan Mustafayev.
Baş məşqçi: Elvin Hacızadə.
14:30. “Şəmkir” – “Ağstafa Gəncləri”
Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Şirvan. Olimpiya İdman Kompleksinin stadionu.
“Şəmkir”: 1. Fəyyaz Mehdizadə, 19. Fuad Məmmədzadə, 6. Ruslan Allahverdiyev, 7. Tunar Mütəlimov (k), 71. Coşqun Əsədzadə, 5. İsa İsayev, 15. İkram Həmidli, 16. Cavid Məmmədov, 44. Rafiq Abdullayev, 11. Valeh Məmmədov, 20. Səttar Hacıyev.
Ehtiyat oyunçular: 10. Haqverdi Həsənov, 9. Elşən Abdullayev.
Baş məşqçi: Fərid Məmmədov.
“Ağstafa Gəncləri”: 16. Ülvi Quliyev, 8. Elgün Namazov (k), 10. Cavid İmamverdiyev, 22. Adil Tağıyev, 18. Eldost Qiyasbəyli, 24. Eşqin Kərimli, 17. Elgün Salıfov, 13. Ramin Süleymanov, 3. Nicat Oruclu, 20. Elçin Qasımov, 6. Qəşəm Məmmədov.
Ehtiyat oyunçular: 1. Elgün Əmiraslanov, 21. Elgün Qəhrəmanov, 12. Tural Məmmədov, 15. Yunis Hüseynov, 7. Hüseyn Alıyev.
Baş məşqçi: Əli Bağırov.