"Real Madrid" Arda Gülərlə bağlı qərarını qətiləşdirdi - SON DURUM

"Real Madrid" Arda Gülərlə bağlı qərarını qətiləşdirdi -  SON DURUM
"Real Madrid"in türkiyəli yarımmüdafiəçisi Arda Gülər ​​klubla müqaviləsinin müddətini 2031-ci ilə qədər uzatmağa razılaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Dario AS" yayıb.
Mənbənin məlumatına görə, yeni müqavilə 2029-cu ilin yayına qədər davam edən əvvəlki anlaşmanın daha iki mövsüm daha uzadılmasını özündə əks etdirir.
Beləliklə, Gülər Madrid klubunda ilk dəfə müqaviləsinin müddətini artırmış olacaq. Müqavilənin müddəti ilə yanaşı, oyunçuya komandadakı statusuna uyğun olaraq təkmilləşdirilmiş maliyyə şərtləri təqdim olunacaq.
Gülər ​​bu mövsüm "Real Madrid"də 5 dəfə start heyətində meydana çıxıb. Əvvəlki mövsüm o, 40 oyun keçirib, 6 qol vurub və 14 məhsuldar ötürmə edib. Arda ​​məhsuldar ötürmələr baxımından ötən mövsüm Madrid komandasının ən yaxşı oyunçusu olub.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər