"Transfermarkt" portalı Polşa çempionatında çıxış edən post-sovet ölkələrindən olan ən bahalı futbolçuların yenilənmiş siyahısını təqdim edib.
Fanat.Az xəbər verir ki, siyahıda Azərbaycan millisinin və "Rakuv"un hücumçusu Mahir Emrelinin bazar dəyərində müsbət dinamika qeydə alınıb.
Təcrübəli forvardın qiyməti 100 min avro artaraq 700 min avroya yüksəlib və o, ən dəyərli futbolçular arasında 6-cı pilləyə qalxıb. Bununla da Mahir qiyməti 100 min avro ucuzlaşaraq 600 min avroya düşən ermənistanlı yarımmüdafiəçi Vahan Biçaxçyanı geridə qoymağı bacarıb.
Siyahının zirvəsində isə 5 milyon avro dəyəri ilə ukraynalı yarımmüdafiəçi Maksim Xlan qərarlaşıb.
Post-sovet məkanından Ekstraklasada çıxış edən ən bahalı futbolçular:
1. Maksim Xlan (Ukrayna) — 5 milyon avro (+1 mln)
2. İlya Şkurin (Belarus) — 1 milyon avro (+250 min)
3. Vladislav Koçerqin (Ukrayna) — 1 milyon avro (-500 min)
4. Roman Yakuba (Ukrayna) — 800 min avro
5. Otar Kakabadze (Gürcüstan) — 800 min avro (-200 min)
6. Mahir Emreli (Azərbaycan) — 700 min avro (+100 min)
7. Vahan Biçaxçyan (Ermənistan) — 600 min avro (-100 min)