Misli Premyer Liqasının 7-ci turunda "Zirə"nin qonağı olacaq "Şamaxı"nın heyəti ilə bağlı son vəziyyət bəllidir.
Bu barədə Fanat.Az-a "aslanlar"ın sözçüsü Yusif Hüseynli məlumat verib:
"21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə dəvət almış futbolçular və Benin yığmasına çağırılmış Abdul Raşid Mumini komandaya bu gün qoşulacaqlar. Zədə səbəbindən uzun müddət kənarda qalan braziliyalı mərkəz müdafiəçisi David Santos da artıq Şamaxıdadır. O, fərdi məşqlərini davam etdirir. Santosun komandaya nə vaxt kömək edəcəyi indilik dəqiqləşməyib. Kollektiv çalışmalara noyabrda qatılacağı gözlənilir. Başqa zədəli və ya cəzalı oyunçu yoxdur".
Qeyd edək ki, "Zirə" - "Şamaxı" matçı oktyabrın 10-da keçiriləcək. Zirə İK stadionunda reallaşacaq qarşılaşmanın start fiti 17:00-da səsləndiriləcək.
Nihat