Maktominay ilə "Napoli" arasında danışıqlar dalana dirəndi - İngiltərəyə qayıdır?

Maktominay ilə "Napoli" arasında danışıqlar dalana dirəndi - İngiltərəyə qayıdır?
"Napoli"nin yarımmüdafiəçisi Skott Maktominay yenidən İngiltərə Premyer Liqasına dönə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "TEAMtalk" yayıb.
Mənbənin məlumatına görə, "Mançester Yunayted" onunla bağlı vəziyyəti izləyir. Şotlandiyalı yarımmüdafiəçi 2024-cü ilin yayında "Mançester Yunayted" klubundan ayrılaraq İtaliyanın "Napoli" klubuna keçib və komandanın əsas oyunçularından birinə çevrilib. Bununla belə, Maktominay və "Napoli" arasında yeni müqavilə ilə bağlı danışıqlar dalana dirənib. Yarımmüdafiəçinin İtaliya klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir, lakin tərəflər hələlik əməkdaşlığın yeni şərtlərlə uzadılması barədə razılığa gələ bilməyiblər. Vəziyyət dəyişməzsə, gələn yay futbolçu üçün həlledici an ola bilər. 2027-ci ilin iyun ayında onun müqaviləsinin sonuna bir mövsüm qalacaq ki, "Napoli" Maktominayı itirmək riskindən qaçmaq üçün onu satmağı düşünə bilər.
İtaliya klubunun 29 yaşlı yarımmüdafiəçi üçün təxminən 30 milyon avro tələb etməyi planlaşdırır.
Maktominay karyerasının əhəmiyyətli bir hissəsini "Old Trafford"da keçirib, klub akademiyasından keçib və 2017-ci ildə əsas komandada debüt edib. O, 2024-cü ildə ayrıldığı "mankunianlar"ın heyətində bütün yarışlarda 255 oyun keçirib.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər