Almaniyalı baş məşqçi Tomas Tuxel İngiltərə millisində artıq 20 qələbə qazanıb.
Fanat.Az xəbər verir ki, o, İngiltərə millisində 20 qələbə həddinə ən tez çatan mütəxəssis kimi tarixə düşüb.
"OptaJoe"nin məlumatına görə, o, bunu 26-cı oyununda bacarıb.
Dünən, 6 oktyabrda İngiltərə UEFA Millətlər Liqasının 4-cü turunda Çexiyanı 3:0 hesabı ilə məğlub edib. Harri Keyn dubl edib, daha bir qolu isə Çexiya millisinin müdafiəçisi Vladimir Kufal öz qapısına vurub.
53 yaşlı Tomas Tuçel İngiltərə milli komandasına 1 yanvar 2025-ci ildən rəhbərlik edir.
Mirağa