Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışın üçüncü günündə Azərbaycanın üç idmançısı tatamiyə çıxacaq.
73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərovun ilk rəqibi kosovolu Akil Qyakovadır. 2024-cü il dünya çempionu olan idmançımız növbəti titulunu qazanmağa köklənib.
Eyni çəkidə Rəşid Məmmədəliyev ilk mərhələdən azaddır. O, 1/16 finalda Adil Osmanov (Moldova) - Castin Lemir (Kanada) cütünün qalibi ilə qarşılaşacaq.
57 kq çəki dərəcəsində isə Xədicə Qadaşova Qırğızıstandan olan Janar Joldoşeva gücünü sınayacaq.
Qeyd edək ki, hazırda komandamızın aktivində bir medalı var. Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb.