Bu gün Azərbaycan 1-ci Liqasında 4-cü tur start götürəcək.
Fanat.Az xəbər verir ki, dörd günü əhatə edəcək turun açılış oyunu paytaxtda baş tutacaq.
Günün yeganə qarşılaşmasında şimal təmsilçiləri üz-üzə gələcəklər. Lider "Şahdağ Qusar" "Zaqatala"nı Bunədə qəbul edəcək. Oyun saat 15:30-da başlayacaq.
Qeyd edək ki, turun mərkəzi oyunu sabah - 8 oktyabrda “Səbail” ilə “Karvan-Yevlax” arasında olacaq. Ayın 9-da MOİK – “Mingəçevir” və “Şimal” – “Xankəndi” görüşləri reallaşacaq. Tura şənbə günü “Gəncəbasar” – “Baku Sportinq” matçı ilə yekun vurulacaq.
"Şahdağ Qusar" 3 turdan sonra maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir.
Azərbaycan 1-ci Liqası
4-cü tur
7 oktyabr
15:30. “Şahdağ Qusar” – “Zaqatala”
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Safalı Ağayev, Nazim Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu.