FIBA Avropa Kuboku: "Neftçi" Yunanıstan təmsilçisinə məğlub oldu

FIBA Avropa Kuboku: "Neftçi" Yunanıstan təmsilçisinə məğlub oldu

"Neftçi" basketbol komandası avrokubokda növbəti oyununa çıxıb.

Fanat.Az-ın məlumatına görə, Kostas Vasiliadisin baş məşqçisi olduğu təmsilçimiz bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununu keçirib.

H qrupunda yer alan "ağ-qaralar" ilk qarşılaşmasında səfərdə Yunanıstan "Mikonos"u ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.

Bakı klubunun qrupdakı digər rəqibləri "Oradya" (Rumıniya), "Friburq Olimpik" (İsveçrə), VEF (Latviya) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandalarıdır.
FIBA Avropa Kuboku
H qrupu
6 oktyabr
Mikonos (Yunanıstan) – Neftçi (Azərbaycan) 78:58 (25:19, 9:21, 23:4, 21:14)
Mikonos. “P.Chanioti Ano Mera Hall”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər