"Qarabağ"ın futbolçusu Kərbəladan şəhidlərimizi yad etdi

"Qarabağ"ın futbolçusu Kərbəladan şəhidlərimizi yad etdi

"Qarabağ"ın və Azərbaycan millisinin müdafiəçisi Elvin Cəfərquliyev Kərbəla şəhərini ziyarət edib.

Fanat.Az xəbər verir ki, təcrübəli futbolçu müqəddəs ziyarətgahdan olan görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Ziyarətgah qarşısında çəkdirdiyi fotosunu təsiredici sözlərlə təqdim edən milli üzvü paylaşımına xüsusi qeyd əlavə edib.

O, paylaşımında "Kərbəla — dünyadan uzaqlaşdığın, özünə və Allaha yaxınlaşdığın yer. Salam olsun Kərbəla şəhidlərinə, salam olsun Azərbaycan şəhidlərinə" sözlərini yazıb.

Futbolçunun bu paylaşımı sosial şəbəkə istifadəçiləri və azarkeşlər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər