Mauro İkardi "Qalatasaray"a geri dönmək istəyir. Fanat.Az xəbər verir ki, informasiyanı "El Nueve" yayıb. Mənbənin məlumatına görə argentinalı forvard Türkiyə nəhəngi ilə bütün şərtlərini geri çəkərək razılığa gəlmək niyyətindədir. Həmçinin qızları ilə birlikdə İstanbulda yaşamağı düşünür. "Qalatasaray" rəhbərliyinin bu duruma necə yanaşacağı maraqla gözlənilir. "Sarı-qırmızılar"dakı dörd mövsümü ərzində komandanın qol baxımından əsas qüvvələrindən biri olan İkardi, göstərdiyi statistik nəticələrlə adını klubun tarixinə yazdırıb. Argentinalı futbolçu burada çıxış etdiyi 134 rəsmi matçda 77 qol vurub və 25 məhsuldar ötürmə edib. Dörd dəfə Super Liqa çempionluğu, həmçinin Türkiyə Kuboku və Türkiyə Super Kubokunu qazanan təcrübəli hücumçu azarkeşlər arasında müzakirə mövzusu olmağa davam edir. Əlisahib İbrahimli
İkardi "Qalatasaray"a geri dönür
TREND
Tv Afişa
09:00
22.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Milli
23:58
23.11.2026
"Ərzurumspor"da Nəriman qərarı - Yanvarda yollar ayrılır?
Milli
00:37
20.11.2026
"Bursaspor" Toralı niyə göndərmək istəmir? - Səbəb bəlli oldu
Azərbaycan futbolu
23:26
20.11.2026
Valdas Dambrauskas darmadağını belə şərh etdi
Oxşar xəbərlər
Azərbaycan futbolu
23:51
24.11.2026
Umarali Raxmonaliyev "Sabah"dan ayrılır? - Özü danışdı
Azərbaycan futbolu
18:09
24.11.2026
"Zəngəzur" yenə qol vurmadan ağır yenilgi ilə üzləşdi
Azərbaycan futbolu
17:46
24.11.2026
Saliba "Sabah"a qarşı oynamayacaq
Azərbaycan futbolu
16:51
24.11.2026
Yusif Nəbiyev turun mərkəzi qarşılaşmasında komandasına kömək edəcəkmi? - Açıqlandı