"Turan Tovuz"dan ayrılan Bayramlının yeni iş yeri bəlli oldu

"Turan Tovuz"dan ayrılan Bayramlının yeni iş yeri bəlli oldu
Bu yay "Turan Tovuz"dan ayrılan yarımmüdafiəçi Tural Bayramlının yeni iş yeri bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 28 yaşlı futbolçu karyerasını 1-ci Liqada davam etdirəcək.
Bayramlı hazırda MOİK-in düşərgəsindədir. "Xankəndi" ilə oktyabrın 2-də keçirilən yoxlama oyununda da iştirak etmiş futbolçu ilə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanacaq.
Qeyd edək ki, MOİK 1-ci Liqanın ilk 3 turunda 4 xal toplayıb. Sözügedən kollektiv turnir cədvəlinin 5-ci pilləsində mövqüe tutub.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər