Misli Premyer Liqasında milli komandalara görə yaranan fasilədən dərhal sonra baş tutacaq 7-ci tur "Araz-Naxçıvan" - "Kəpəz" qarşılaşması ilə start götürəcək.
Fanat.Az-ın məlumatına görə, meydan sahibləri turun açılış matçına itki ilə çıxacaq.
Yarımmüdafiəçi Mamadu Kanenin matçda iştirak etməyəcəyi dəqiqdir. 29 yaşlı qvineyalı mövsümdə aldığı 4 sarı vərəqə səbəbindən cəzalı duruma düşüb.
Heyətdə mikrozədəlilər də var. Baş məşqçi Yuri Maksimov özünün debüt matçında onlardan kimlərin xidmətindən yararlanmayacağını oyun günü, həkimlərin yekun rəyindən sonra biləcək.
"Araz-Naxçvan" - "Kəpəz" qarşılaşması oktyabrn 9-da baş tutacaq. Şamaxı şəhər stadionunda reallaşacaq görüşün start fiti 16:00-da səsləndiriləcək.
Mirağa