Portuqaliya milli komandasının baş məşqçisi Jorje Jezuş "Qızıl top"un beşqat qalibi Kriştianu Ronaldunun yenidən yığmaya dəvət olunmasına müsbət yanaşdığını bildirib. Fanat.Az xəbər verir ki, informasiyanı "A Bola" yayıb. Jezuş qeyd edib ki, Ronaldunun gələcəyi ilə bağlı qərar oyunçunun özündən asılıdır. Onun sözlərinə görə, hücumçu futbol oynamağa davam edərsə və milli komandada çıxış etmək istəyərsə, istənilən vaxt yığmaya qayıda bilər. Baş məşqçi tərəflər arasında yaranmış vəziyyətin anlaşılmazlıqdan ibarət olduğunu və bunun asanlıqla aradan qaldırıla biləcəyini vurğulayıb. Xatırladaq ki, daha əvvəl Kriştianu Ronaldunun Millətlər Liqasının qrup mərhələsində Danimarka ilə keçirilən üçüncü tur matçından (4:2) əvvəl Portuqaliya yığmasının düşərgəsini tərk etdiyi məlum olmuşdu. Futbolçu bu qərarının səbəbləri barədə gələcəkdə açıqlama verəcəyini söyləyib. Portuqaliya Futbol Federasiyasının rəsmilərinin gələn həftə hücumçu ilə görüşərək onunla Jezuş arasında münasibətləri yaxşılaşdırmağa çalışacağı gözlənilir. Əlisahib İbrahimli
Jezuş Ronaldu ilə bağlı qərarını qətiləşdirdi
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
17:33
06.10.2026
"Şahdağ Qusar"ın idman direktoruna töhmət verildi
Azərbaycan futbolu
16:04
06.10.2026
"Oyunun gedişindən asılı olaraq, 1 xal da dəyərli ola bilər, amma "Səbail"lə matçda..." - "Karvan-Yevlax"ın kapitanı
Azərbaycan futbolu
14:17
06.10.2026
"Səbail"in futbolçusu uzun müddətə sıradan çıxdı
Azərbaycan futbolu
13:41
06.10.2026
Maksimov debütdə bu futbolçunun xidmətindən yararlana bilməyəcək