“Keyfiyyətli oyunçularımız var, lakin Avropa səviyyəsində deyillər” - Rui Jorje

“Keyfiyyətli oyunçularımız var, lakin Avropa səviyyəsində deyillər” -  Rui Jorje
Bu gün Azərbaycan və Yaponiya U-20 milliləri qarşılaşıb.
Fanat.Az xəbər verir ki, əsas vaxtı 0:0 hesabı ilə başa çatan oyunda əlavə vaxtlar verilmədən penaltilər seriyasına keçid edilib və yığmamız 5:4 hesabı ilə qalib gəlib.
Matçdan sonra millimizin baş məşqçisi Rui Jorje jurnalistlərin suallarını cavablandırıb:
-Bəzi futbolçularda fiziki dərəcədə çatışmazlıq var. Bununla bağlı klublarla danışıqlar aparılır?
-Hal-hazırda yolun başlanğıcındayıq. Bu normaldır. Ona görə də dəyişikliklər etdik. Normalda bu cür oyunçulardan fərqli intensivlik tələb edilir. Görüşün sonlarında yorğun olmaqları normaldır.
-Rəqibin futbolçularından əsas liqalarda oynayan oyunçular var. Lakin bizim futbolçular Premyer Liqada şans tapa bilmir. Buna görə danışıqlar aparılır?
-Mən klubların işinə müdaxilə edə bilmirəm. Futbolçunun keyfiyyəti varsa, oynayacaq. Bəziləri U-19 komandalarında çıxış edirlər. Futbolçular bunu sübut etməlidirlər. Şikayət etməklı heç nə dəyişmir. Haqq etməlidirlər. Elə oyunçular var ki, əsas liqada iştirak edə bilər. Lakin özlərini yaxşı tərəfdən göstərməlidirlər.
-Moldova ilə matçda müdafiədə səhvlər var idi. Bu gün onları görmədik. Bu qısa vaxtda xətaları necə aradan qaldıra bildiniz?
-Düşünürəm ki, Moldova ilə görüşdə müdafiədə elə də səhvlər etmədik. Hücumda baş verən xətalardan sonra rəqib əks-hücum edə bilirdi. O matçda bu səhvlər daha çox gözə çarpırdı. Sadə epizodlarda xətalara yol verirdik.
-Komanda qol buraxmasa da, həmçinin fərqlənə də bilmədi. Heyətin qol vurmaması sizi narahat edir?
-Futbolçulara da deyirəm ki, hücum planında oyunumuz alınmasa qapını qoldan qorumaq lazımdır. Lakin qorxmaq da lazım deyil.
-Azərbaycan futbolu haqda təsəvvürünüz necədir? Bura gəlməzdən əvvəl və indi.
-Hazırkı düşüncəm gəlməzdən öncəkindən daha fərqlidir. İndi daha yaxşı tanıyıram. Oyunçuların keyfiyyəti var. Lakin Avropa səviyyəsində olduqlarını da deməzdim. Futbol kollektiv oyundur. Amma bəzi oyunçular var ki, fərdi çıxış etməyə çalışırlar. Xüsusi ad çəkməyi xoşlamıram. Hər birindən razıyam.
-Aftandil Arıxov oyuna daxil olmadı. Həbib Hüşənov penaltilərdə yaxşı iştirak etdi. Bu təsadüf idi, yoxsa planın bir parçasıdır?
-Hər ikisi bundan öncə, “Qəbələ” ilə matçda çıxış etdilər. Sadəcə o yox, başqa oyunçular da var idi ki, matça daxil olmadı.
-Noyabr toplanışı ilə bağlı hansı planlarınız var?
-Hər bir oyunçunu dəvət edə bilərəm. Futbolçularımdan razıyam. Milli ilə keçirdikləri hər bir dəqiqə onların haqqıdır. Məşqlərə istəkli yanaşan hər kəsi milliyə dəvət edə bilərəm. Əlbəttə ki, limitlər də olacaq.
-Qarşıdakı təlim-məşq toplanışında komandanın gücünü nə qədər artıra bilərsiniz?
-Nə qədər artıra biləcəyimi deyə bilmərəm. Bilmək lazımdır ki, hal-hazırda DÇ-ya vəsiqə qazanan millilərdən geridə qalırıq. Unutmayaq ki, bu turnirdə iştirakçı ölkə olaraq iştirak edəcəyik. Lakin digərləri bura gəlmək üçün mübarizə aparıblar. Bu gün penaltilər seriyasında qələbə qazanmağımıza baxmayaraq, Yaponiya millisi bura mübarizə apararaq gəlib. Amma onlar da bəzi güclü futbolçularını gətirə bilməyib.
-Yığmada gələcəkdə yeni simalar görə bilərik?
-Hazırkı durumda bəyəndiyim oyunçuları dəvət etmişəm. Bəzi futbolçular da var ki, yaş məhdudiyyətinə görə çağıra bilməmişik. Kim layiq olduğunu göstərsə, ona da dəvət göndərəcəyik.
-Neçə futbolçu U-20-yə cəlb ediləcək?
-U-21 Hikmət Cəbrayılovu U-21-ə dəvət etmək istəyir. Yalnız o yox, hansının yaşı uyğun gəlirsə, nəzərdən keçirəcəyik.
-Əli Bəşirovdan Avropaya çıxacaq bir performans görürsünüz?
-Çox istedadlı oyunçudur. Avropada oynayan həmyaşıdlarından heç də geri qalmır. Yaşı o qədər önəmli deyil. Əsas onların keyfiyyətidir. İstər Əli Bəşirov, istərsə də digərlərinə aiddir.
-Klublardan futbolçu seçərkən stadiondan izləməyi düşünürsünüz?
-Bura gəldiyimdən il gündən matçları, məşq proseslərini gedib yaxından izləyirik. İşimizin bir hissəsidir. Daimi olaraq da yerinə yetirəcəyik.
-Əsas olaraq, nəyə görə oyunçularımız Avropadan geri qalır?
-Bütün aspektlərdən. Daha çox inkişaf etməliyik. Əminliklə deyə bilərəm ki, bizim səviyyəmizdə deyillər.
-Klublardan kiminsə tapşırığı ilə futbolçu götürmüsünüz?
-Xeyr.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər