Azərbaycanın "LANDAU Lions" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə mübarizəyə başlayır.
Fanat.Az xəbər verir ki, G qrupunda yer alan təmsilçimiz ilk oyununu Bakıda keçirəcək.
Erhan Tokerin baş məşqçisi olduğu komanda İsveçrənin "Lions de Geneve" kollektivini qəbul edəcək.
Ləqəbləri "şir" olan komandalar arasında Bakı İdman Sarayında baş tutacaq görüş saat 19:00-da start götüəcək.
Qeyd edək ki, "LANDAU Lions" qrupda "Lions de Geneve"dən başqa, "Prievidza" (Slovakiya), "Bakken Birs" (Danimarka), "Dənizli Basket" (Türkiyə) və "Benfika" (Portuqaliya) ilə də qarşılaşacaq. Azərbaycan təmsilçisi növbəti matçını oktyabrın 13-də Slovakiya komandasına qarşı keçirəcək.
FIBA Avropa Kuboku
G qrupu
7 oktyabr
19:00 "LANDAU Lions (Azərbaycan) – Lions de Geneve (İsveçrə)
Bakı. İdman Sarayı.