Maykl Olise Fransa millisində yeni rekord müəyyənləşdirib.
Fanat.Az "LEquipe" nəşrinə istinadən xəbər verir ki, "xoruzlar"ın vingeri bu uğura UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində dünən Belçikanı 4:1 hesabı ilə məğlub etdikləri matçda imza atıb.
"Bayern Münhen"in cinah hücumçusu darmadağına 2 qol və 1 məhsuldar ötürmə ilə töhfə verib.
Beləliklə, Olise yığmada keçirdiyi 29 oyunda 10 qol və 10 məhsuldar ötürmə müəllifi olub. O, 1958-ci ildən bəri Fransa yığmasında ikirəqəmli qol və ötürmə sayına ən tez çatan futbolçu ünvanına sahib çıxıb.
Qeyd edək ki, 68 il əvvəl Raymon Kopa bu göstəriciyə 28 oyunda nail olmuşdu.
Toğrul