"Sabah" basketbol klubu bu gün Çempionlar Liqasının müntəzəm mövsümündə ilk oyununa çıxıb.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Litvanın “Ritas” (Vilnüs) komandası ilə üz-üzə gəlib.
A qrupunda yer alan tərəflərin görüşündə Litva təmsilçisi qələbə qazanıb.
Qeyd edək ki, A qrupunda “Sabah”la yanaşı, Fransanın “Nanter 92” və Türkiyənin “Trabzonspor” komandaları da yer alır. Lazar Spasiçin baş məşqçisi olduğu kollektiv növbəti oyununu oktyabrın 14-də Bakıda "Trabzonspor"a qarşı keçirəcək.
Qrupun qalibi birbaşa ən güclü "16-lığ"a vəsiqə qazanacaq. İkinci və üçüncü yerləri tutan komandalar isə yan qrupun müvafiq təmsilçiləri ilə 3 oyunluq seriyada 2 qələbəyədək davam edən "play-in" mərhələsində üz-üzə gələcəklər.
FİBA Çempionlar Liqası
A qrupu
6 oktyabr
Ritas (Litva) – Sabah (Azərbaycan) 82:73 (16:20, 23:18, 22:19, 21:16)
Litva. "Vilnüs Arena".