AÇ-2027: Azərbaycan millisi Cəbəllütariqi yenir - YENİLƏNİR

AÇ-2027: Azərbaycan millisi Cəbəllütariqi yenir - YENİLƏNİR
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün növbəti sınağına çıxacaq.
Fanat.Az xəbər verir ki, AÇ-2027-nin seçmə mərhələsinin B qrupunda yer alan U-21 sonuncu - 10-cu tur çərçivəsində evdə oynayacaq.
Rəşad Eyyubovun baş məşqçisi olduğu komandası qrupun aşkar autsayderi Cəbəllütariqi qəbul edəcək. Masazırda "Bank Respublika Arena"da baş tutacaq oyun saat 17:45-də start götürəcək. Gənclər bu görüşdən qalib gəlməklə tsikli xoş əhval-ruhiyyədə başa vurmaq əzmindədirlər.
Qeyd edək ki, 21 yaşlılar qrupda əvvəlki görüşlərində Portuqaliya (0:5, 0:4), Bolqarıstan (1:1, 0:0), Çexiya (0:5, 1:1), Şotlandiya (3:3, 2:5) və Cəbəllütariq (1:0) ilə qarşılaşıb.
AÇ-2027
B qrupu, 10-cu tur
6 oktyabr
Azərbaycan (U-21) – Cəbəllütariq (U-21) 2:0 (ilk hissə)
Qollar: Nihat Əhmədzadə, 8. Ağadadaş Salyanski, 43.
Hakim: Yasmin Sabotiç (Lüksemburq).
Masazır. "Bank Respublika Arena".
Azərbaycan: Sadıq Məmmədzadə, Emin Rüstəmov (kapitan), Raul Məmmədov, Eşqin Əhmədov, Nihat Əhmədzadə, E. Adilxanov, Sənan Muradlı, Şahin Şahniyarov, Hikmət Cəbrayılzadə, Nəriman Axundzadə, Ağadadaş Salyanski.
Baş məşqçi: Rəşad Eyubov.
Cəbəllütariq: Harri Viktor, Kay Mauro, Culian Britto, Tayler Karrinqton, Cey Kumbs, Yoahim Osthayder, Rafi Emrani, Karl De Torres, Kayl Klinton (kapitan), Cavan Pikok, Ceyms Cayetano.
Baş məşqçi: Devid Ocello.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər