"Milan" qış transfer pəncərəsində heyətinə yeni mərkəz müdafiəçisi qatmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Calciomercato" yayıb.
Məlumata görə, İtaliya komandasının baş məşqçisi Ruben Amorim "Mançester Yunayted"də işlədiyi dönəmdən tanıdığı Leni Yoronun transfer edilməsini istəyir. Mənbə bu keçidin A Seriyası klubuna təxminən 50 milyon avroya başa gələcəyini vurğulayıb. "Milan"ın sahibi Cerri Kardinalenin qışda transferlərə böyük məbləğ ayırmağa hazır olduğu da diqqətə çatdırılıb.
Nihat