Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında ümidləri doğrultmayıb.
Fanat.Az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən olimpiya çempionu 1/8 finalda italiyalı Covanni Espozito ilə qarşılaşıb.
Rəqibinə cərimə xalları ilə Heydərov mübarizəni dayandırıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
Toğrul