Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası son yoldaşlıq oyununa çıxır.
Fanat.Az xəbər verir ki, portuqaliyalı Rui Jorjenin baş məşqçisi olduğu U-20 sözügedən məkanda Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Görüş saat 16:00-da start götürəcək və “CBC Sport”un "Youtube" kanalı vasitəsilə canlı yayımlanacaq.
Yoldaşlıq oyunu
6 oktyabr
Azərbaycan (U-21) - Yaponiya (U-21) 0:0 (ilk hissə)
Baş hakim: İnqilab Məmmədov.
Qəbələ. Şəhər stadionu
Azərbaycan: 1. Həbib Hüşənov, 2. Səttar Tahirzadə, 3. Uğur Qurbanlı, 14. Əhməd Tarverdiyev, 13. Murad Qurbanov, 18. Əbdüləziz Cabbarlı, 24. Əli Bəşirov, 23. Anar Hüseynov, 6. Həsən Nəzərli, 25. Şahin İbrahimov, 17. Ziya Şəkərxanov.
Yaponiya: 12. Mattey Vatanabe, 3. Harumu Kubo, 5. Yuqo Okava, 19. Kanata Hirano, 7. Şimpey Okura, 2. Sora Masuda, 20. Kaiji Xonan, 13. Daiqo Hiraşima, 11. Rea İşizuka, 9. Şion Şinkava, 10. Rento Takaoka.
Qeyd edək ki, sentyabrın 24-dən toplanışda olan və hazırlılğını bu gün bitirəcək U-20 oktyabrın 3-də Moldovanın gənclərinə 0:1 hesabı ilə məğlub olub.