"Neftçi" basketbol komandası avrokubokda növbəti oyununa çıxır.
Fanat.Az-ın məlumatına görə, Kostas Vasiliadisin baş məşqçisi olduğu təmsilçimiz bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununu keçirəcək.
H qrupunda yer alan "ağ-qaralar" ilk qarşılaşmasında səfərdə Yunanıstan "Mikonos"u ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bakı klubunun qrupdakı digər rəqibləri "Oradya" (Rumıniya), "Friburq Olimpik" (İsveçrə), VEF (Latviya) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandalarıdır.
FIBA Avropa Kuboku
H qrupu
6 oktyabr
20:00 Mikonos (Yunanıstan) – Neftçi (Azərbaycan)
Mikonos. “P.Chanioti Ano Mera Hall”.
Mirağa