Messi Argentina millisi ilə 1 qol, 2 assistlə vidalaşdı

Messi Argentina millisi ilə 1 qol, 2 assistlə vidalaşdı
Argentina millisi superulduz Lionel Messinin vida matçında evdə Benin yığmasını qəbul edib.
Fanat.Az xəbər verir ki, gecənin qəhrəmanı son oyununda da şou göstərib.
70-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı 3:0-a çatdıran 39 yaşlı futbolçu 48-ci və 61-ci dəqiqələrdə isə müvafiq olaraq, Nikolas Otamendi və Nikolas Paza məhsuldar ötürmə edib.
Əlavə olaraq bildirək ki, oyun 10-cu dəqiqədə dayandırılıb, tamaşaçılar və bütün iştirakçılar karyerasının çox hissəsini on nömrəli formada keçirən Messini sürəkli alqışlayıblar. Eyni zamanda, meydanın kənarlarından mini-atəşfəşanlıq nümayişi olub. Beninli oyunçular da öz növbəsində, xoş arzularını bildirmək üçün "Albiseleste"nin kapitanına yaxınlaşıblar. Oyun qısa aradan sonra davam edib.
Bu, Lionel Messinin Argentina milli komandasında 208-ci və son oyunudur. Əfsanəvi futbolçu Argentina millisinin heyətində 126 qol vurub, 69 məhsuldar ötürmə edib.
Messi millidə iki dəfə Amerika Kubokunun (2021, 2024), bir dünya çempionatının (2022) və bir Finalissimonun (2022) qalibi olub.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər