1-ci Liqa təmsilçisi "Xankəndi" millilərin oyunları ilə əlaqədar yaranan fasilə başa çatandan sonra yeni baş məşqçisi Röyal Nəcəfovun rəhbərliyi altında ilk oyununu qonaq qismində "Şimal"a qarşı keçirəcək. Nəcəfovla əlaqə saxlayıb debüt qarşılaşması barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"İkihəftəlik fasilə müddətində komandanın fiziki və psixoloji durumunu düzəltməyə çalışdıq. Fiziki hazırlıq planında müəyyən irəliləyiş varsa, psixoloji vəziyyət də hazırda qaydasındadır. Qələbəyə köklənmişik. "Xankəndi"nin bu mövsüm ilk qələbəsini əldə etməsi əsas hədəfimizdir. Bütün hazırlıqlarımız məqsədimizə çatmağa yönəlib".
Xatırladaq ki, ilk 3 turda 1 xal qazanan "Xankəndi"nin rəhbərliyi baş məşqçi Zaur Hacıyevi Nəcəfovla əvəzləyib.
Nihat