Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən "Qəbələ"nin U-17 və U-19 komandaları üçün maarifləndirici seminar keçirilib.
Fanat.Az xəbər verir ki, məlumatı bölgə təmsilçisinin mətbuat xidməti yayıb.
Tədbir Qəbələ şəhər stadionunda təşkil edilib. Seminar AMADA-nın Təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Saxarovun rəhbərliyi altında baş tutub.
Seminarda iştirakçılara dopinq nəzarəti prosesi, idmançıların hüquq və vəzifələri, antidopinq qayda pozuntuları, eləcə də 2027-ci ildən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlardakı yeniliklər barədə məlumat verilib.
Dopinq istifadəsinin insan sağlamlığı üçün yaratdığı ciddi risklər, idmançı karyerasına vurduğu zərərlər, antidopinq qayda pozuntularının mümkün nəticələri və təmiz idmanın vacibliyi futbolçuların diqqətinə çatdırılıb.