"Barselona" Rafinya ilə anlaşdı - Fabritsio Romano detalları açıqladı

"Barselona" Rafinya ilə anlaşdı - Fabritsio Romano detalları açıqladı
"Barselona" ulduz hücumçusu Rafinya ilə yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Kataloniya klubu braziliyalı vingeri ilə razılığa gəlib və anlaşmanın bu həftə rəsmi olaraq açıqlanacağı gözlənilir. Konkret, bütün sənədlər planlaşdırıldığı kimi hazır olarsa, rəsmi tədbir cümə günü keçiriləcək. Rafinya ilə yeni müqavilənin müddəti 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Rafinya 2022-ci ilin yayından "Barselona"da oynayır. O, 2026/27 mövsümündə "blaugranas"ın heyətində 8 oyuna çıxaraq 14 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər