"Real Madrid"in hücumçusu Kilian Mbappenin durumuna aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, fransalı ulduz İspaniya çempionatında "Vilyarreal"la keçiriləcək oyunda iştirak edə biləcək.
"Marca" nəşrinin məlumatına görə, futbolçu həftəsonu komandasının əsas heyətində yer almağa hazırdır. Həkimlərin yekun qənaətinə görə, hücumçunun hazırkı fiziki vəziyyətiqənaətbəxşdir. Madrid klubunun məşqçilər heyəti onu hətta start heyətində meydana buraxa biləcək.
Xatırladaq ki, Mbappe UEFA Millətlər Liqasının Türkiyə ilə ilk turdakı matçında (1:0) zədələnmişdi. O, qol vurduğu epizodda xəsarət aldığı üçün əvəzlənmişdi.
Mirağa