Azərbaycan bu gün Litva ilə üz-üzə gəlib. Fanat.Az xəbər verir ki, millimiz 1:0 hesabı ilə qələbə qazanıb. Matçdan sonra yığmamızın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb: "Matçın çətin olacağını bilirdik. Əsas odur ki, zədəmiz yoxdur və bu görüşlərdən məğlub ayrılmadıq. Bu gün xarakter oyunu idi. Rəqib də yaxşı mübarizə apardı. Mahir Emrelinin sonda müdafiəyə kömək etməsi, bu kimi amillər komandanın qələbə istəyindən irəli gəlirdi. - Son bir ay həyatınızın ən stressli anı idi. Bədaviyə bu yaşında şans verirsiniz. Bədavi Hüseynov 35 yaşı olsa da, çox yaxşı oynadı, ancaq Vüsal İsgəndərli nə etmək istəyirdi? - Əsas meydanda yaxşı oynamaqdır. Çoxlu qol epizodlarımız oldu. Son vuruşlarda çətinlik yaşayırıq. Hər şeyin yaxşı olmasına ümid edirəm. - Bu gün futbolçular əvvəl görmədiyimiz qədər xarakter göstərdilər. Bu nə ilə əlaqəli idi? - Reaksiya verməyi bacardılar. Yaxşı hazırlaşdıq və biz bunu meydanda da gördük. - Oruc Məmmədov start heyətdə oynatmağınız gözlənilməz oldu. - Orucun oynaya biləcəyini düşünürdüm. Heyətlə bağlı çox fikirləşirdik. Orucu qazandıq. Risk idi, ancaq yaxşı çıxış etdi. Orucu və Rüfət Abbasovu yavaş-yavaş qazanırıq. - Rəqib baş məşqçi VAR-ın Azərbaycanın lehinə daha çox qərar verdiyini vurğuladı. Siz nə düşünürsünüz? - Bundan əvvəlki oyunlarda VAR-ın müdaxilə etmədiyi vəziyyətlər olub. Biz də çətinlik çəkmişik. Bunları bəhanə etmək lazım deyil. - Bugünkü qələbədən sonra xal itirən yığmanı bağışlamaq olarmı? - Futbolçular oyuna ciddi yanaşmasaydılar qınamaq olardı. Lakin biz çalışırdıq mübarizə aparırdıq. Qol vurmağı, qələbə qazanmağı bacarmırdıq. Bu gün biz istəyimizə nail olduq. Əlisahib İbrahimli
Ayxan Abbasov Litva üzərində qələbəni belə şərh etdi
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev