"Gəncə" basketbol komandası bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan təmsilçimiz ilk oyununu səfərdə keçirəcək.
Martin Knezeviçin baş məşqçisi olduğu komanda Türkiyə təmsilçisi "Esenler Erokspor"un qonağı olacaq.
İstanbulda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götüəcək.
Qeyd edək ki, "Gəncə" qrupda həmçinin, "Kolossos" (Yunanıstan), "Rilski Sportist" (Bolqarıstan), "Sportinq" (Portuqaliya) və "Universitatea" (Krayova, Rumıniya) ilə mübarizə aparır.
FIBA Avropa Kuboku
C qrupu
7 oktyabr
20:00. Esenler Erokspor (Türkiyə) – Gəncə (Azərbaycan)
İstanbul. "SC Beşiktaş Gain".