Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.
Fanat.Az-ın məlumatına görə, milli üzvü təsəlliverici görüşdə italiyalı Leonardo Valerianini məğlub edib.
Məmmədəliyev üçüncü yer uğrunda görüşdə Braziliya təmsilçisi Daniel Karninlə üz-üzə gələcək.
Medal görüşləri bu gün, saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
Toğrul