"Sabah" basketbol klubu bu gün Çempionlar Liqasının müntəzəm mövsümündə ilk oyununa çıxacaq.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Litvanın “Ritas” (Vilnüs) komandası ilə üz-üzə gələcək.
A qrupunda yer alan tərəflərin görüşü Vilnüsdə gerçəkləşəcək və Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Qeyd edək ki, A qrupunda “Sabah”la yanaşı, Fransanın “Nanter 92” və Türkiyənin “Trabzonspor” komandaları da yer alır. Lazar Spasiçin baş məşqçisi olduğu kollektiv növbəti oyununu oktyabrın 14-də Bakıda "Trabzonspor"a qarşı keçirəcək.
Qrupun qalibi birbaşa ən güclü "16-lığ"a vəsiqə qazanacaq. İkinci və üçüncü yerləri tutan komandalar isə yan qrupun müvafiq təmsilçiləri ilə 3 oyunluq seriyada 2 qələbəyədək davam edən "play-in" mərhələsində üz-üzə gələcəklər.
FİBA Çempionlar Liqası
A qrupu
6 oktyabr
20:30 Ritas (Litva) – Sabah (Azərbaycan)
Litva. "Vilnüs Arena".