İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda təqsirli bilinən "Mançester Siti"nin sabiq yarımmüdafiəçisi Fernandinyo diqqətçəkən açıqlama ilə gündəmə damğa vurub.
Fanat.Az "FullTime Report"a istinadən xəbər verir ki, o, belə danışıb:
"Bilirdim ki, bu gün gələcək. Onlar hər şeyi gizlətməyə çox çalışsalar da, həqiqəti ört-basdır etmək mümkün olmadı. Bəzilərimiz klubdakı qeyri-qanuni işlərdən xəbər tutsaq da, rəhbərlik bizi hər şeyin qanuni olduğuna əmin edirdi. Çünki Premyer Liqa rəhbərliyi də vəziyyətdən xəbərdar idi. Biz yalnız öz işimizi görürdük. İndi onların 115 ittiham üzrə təqsirli bilinməsi çox üzücüdür".
Nihat