Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün növbəti sınağına çıxacaq.
Fanat.Az xəbər verir ki, AÇ-2027-nin seçmə mərhələsinin B qrupunda yer alan U-21 sonuncu - 10-cu tur çərçivəsində evdə oynayacaq.
Rəşad Eyyubovun baş məşqçisi olduğu komandası qrupun aşkar autsayderi Cəbəllütariqi qəbul edəcək. Masazırda "Bank Respublika Arena"da baş tutacaq oyun saat 17:45-də start götürəcək. Gənclər bu görüşdən qalib gəlməklə tsikli xoş əhval-ruhiyyədə başa vurmaq əzmindədirlər.
Qeyd edək ki, 21 yaşlılar qrupda əvvəlki görüşlərində Portuqaliya (0:5, 0:4), Bolqarıstan (1:1, 0:0), Çexiya (0:5, 1:1), Şotlandiya (3:3, 2:5) və Cəbəllütariq (1:0) ilə qarşılaşıb.
AÇ-2027
B qrupu, 10-cu tur
6 oktyabr
17:45. Azərbaycan (U-21) – Cəbəllütariq (U-21)
Hakim: Yasmin Sabotiç (Lüksemburq).
Masazır. "Bank Respublika Arena".
1. Portuqaliya 9 7 1 1 33-2 22
2. Çexiya 9 5 3 1 17-4 18
3. Şotlandiya 9 4 2 3 23-12 14
4. Bolqarıstan 9 4 2 3 9-8 14
5. Azərbaycan 9 1 4 4 8-24 7
6. Cəbəllütariq 9 0 0 9 1-41 0
Bu gün qrupda daha 2 oyun keçiriləcək:
20:00. Portuqaliya - Çexiya
20:00. Bolqarıstan - Şotlandiya