"Seçmə mərhələni müsbət nəticə ilə başa vurmaq üçün əlimizdən gələni edəcəyik"

 "Seçmə mərhələni müsbət nəticə ilə başa vurmaq üçün əlimizdən gələni edəcəyik"

Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsini uğurlu nəticə ilə başa vurmaq istəyir.

Fanat.Az AFFA-ya istinadən xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Rəşad Eyubov deyib.

Mütəxəssis seçmə mərhələnin son oyununda qarşılaşacaqları Cəbəllütariqlə oyunu dəyərləndirib:

"Komandanın hazırlığından razıyam. Bizi qarşıda seçmə mərhələnin son oyunu gözləyir və bu matçda müsbət nəticə əldə etmək istəyirik. Futbolçularımızdan, onların enerjisindən, inkişaf etmək istəyindən və milli komandaya faydalı olmaq həvəsindən çox razıyam. Bu toplanış bizi daha da birləşdirdi. Seçmə mərhələni müsbət nəticə ilə başa vurmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Azərbaycan – Cəbəllütariq oyunu sabah saat 17:45-də "Əlincə Arena"da keçiriləcək. Azərbaycanın U-21 millisi yer aldığı B qrupunda 9 oyundan sonra 7 xalla beşinci sırada yer alıb. Cəbəllütariq isə 0 xalla sonuncu - altıncıdır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər