1-ci Liqa təmsilçisi "Karvan-Yevlax" çempionatın 4-cü turunda çempionluğa digər namizəd "Səbail"in qonağı olacaq. Yevlax təmsilçisinin kapitanı Sadiq Quliyevlə əlaqə saxlayıb çətin səfər duelindən nə gözlədiyini, mümkün heç-heçənin onu qane edib-etməyəcəyini soruşduq.
Sadiqin Fanat.Az-a açıqlaması belə oldu:
"Sabail”in yaxşı və iddialı komanda olduğunu bilirik. Bizi çətin səfər oyunu gözləyir. Hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Əlbəttə, oyunun gedişindən asılı olaraq, 1 xal da dəyərli ola bilər, amma "Səbail"lə matçda əsas hədəfimiz maksimum nəticə, yəni 3 xal qazanmaqdır. Bunun üçün meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".
Oktyabrın 8-də baş tutacaq "Səbail" - "Karvan-Yevlax"ı qarşılaşması Binə qəsəbə stadionunda keçiriləcək. Matçın start fiti 15:30-da səsləndiriləcək.
Nihat