Dambrauskas "Neftçi" ilə oyunda bu futbolçuların xidmətindən məhrumdur - Adlar

Dambrauskas "Neftçi" ilə oyunda bu futbolçuların xidmətindən məhrumdur -  Adlar
Misli Premyer Liqasının 7-ci turunda "Neftçi"nin qonağı olacaq "Sabah"ın heyətlə bağlı son vəziyyəti bəlli olub.
Bu barədə Fanat.Az-a "bayquşlar"ın sözçüsü Elnur Həmidov məlumat verib:
"Bayquşlar"ın heyətində cəzalı oyunçu yoxdur. Zədəlilərə gəlincə, Xəyal Əliyev və Stiv Solvet paytaxt derbisində komandalarına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Neftçi" - "Sabah" qarşılaşması oktyabrın 9-da keçiriləcək. "Palms Sports Arena"da baş tutacaq matçın start fiti 19:30-da səsləndiriləcək. Hər iki komandanın hesabında 15 xal var. "Ağ-qaralar" turnir cədvəlinin 1-ci, bir oyun az keçirən "bayquşlar" isə 2-ci pilləsində qərarlaşıb.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər