Misli Premyer Liqasının 7-ci turunda "Sabah"la Bakı derbisinə çıxacaq "Neftçi"nin heyəti ilə bağlı son vəziyyət bəlli olub.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, zədə səbəbindən uzun müddət kənarda qalan ukraynalı hücumçu Andrey Ştoqrin millilərin oyunları ilə əlaqədar yaranan fasilə dönəmində sıraya dönüb.
Hazırda komandada cəzalı və ya zədəli oyunçu olmadığı bildirilib.
Qeyd edək ki, "Neftçi" - "Sabah" qarşılaşması oktyabrın 9-da keçiriləcək. "Palms Sports Arena"da baş tutacaq matçın start fiti 19:30-da səsləndiriləcək. Hər iki komandanın hesabında 15 xal var. "Ağ-qaralar" turnir cədvəlinin 1-ci, bir oyun az keçirən "bayquşlar" isə 2-ci pilləsində qərarlaşıb.
Nihat