Litva millisinin baş məşqçisi Edqaras Yankauskas Azərbaycana məğlubiyyətdən sonra postundan ayrılıb.
Fanat.Az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
51 yaşlı mütəxəssislə yollar qarşılıqlı razılıq əsasında ayrılıb.
UEFA Millətlər Liqası çərçivəsində D Liqasının 2-ci qrupunun Bakıda baş tutan oyununda Azərbaycan millisi Litvaya 1:0 hesabı ilə qalib gəlib. Kaunasda baş tutan matçda isə heç-heçə qeydə alınıb - 1:1.