Bakıda cüdo üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışın üçüncü günündə Azərbaycanın 3 təmsilçisi mübarizəyə qoşulur.
73 kq çəki dərəcəsində yarışan 2024-cü ilin Olimpiya və dünya çempionu Hidayət Heydərov artıq ilk görüşünü keçirib. O, 1/32 finalda Akil Qyakova (Kosovo) ilə qarşılaşıb və qələbə qazanıb. Hidayət 1/8 finalda Finlandiya təmsilçisi Olin Valtteri ilə ilə üz-üzə gələcək.
Eyni çəkidə Rəşid Məmmədəliyev ilk mərhələdən azaddır. O, 1/16 finalda Adil Osmanov (Moldova) - Castin Lemir (Kanada) cütünün qalibi ilə qarşılaşacaq.
Qadınların yarışında 57 kq çəki dərəcəsində Xədicə Qadaşova 1/32 finalda qırğızıstanlı Janar Joldoşeva ilə üz-üzə gələcək.
Xatırldaq ki, hazırda Azərbaycan millisinin aktivində 1 medal var. Əhməd Yusifov (60 kq) dünya çempionatının qızıl medalını qazanıb.