Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır
Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün Azərbaycanın daha dörd idmançısı mübarizəyə start verəcək.
Hanna Zaytseva (63 kq), Vüsal Qələndərzadə, Zelim Tçkayev və Ömər Rəcəbli (hamısı 81 kq) tatamiyə çıxacaqlar. Zaytseva 1/16 finalda Pey Çun Yuan (Çin Taypeyi) – Anna Kriza (Macarıstan), Tçkayev Timoti Meuvsen (Cənubi Afrika Respublikası) – Viktor Sterpu (Moldova), Rəcəbli isə Sibqatullah Arab (IRT) – Mahamadu Dukara (Mali) cütünün qalibi ilə üz-üzə gələcək. Qələndərzadə mübarizəyə 1/32 finaldan başlayacaq və ilk sınaqda Bolqarıstan təmsilçisi Hristo Valkovla qarşılaşacaq.
Təsnifat mərhələsinə saat 10:30-da start veriləcək. Final bloku isə saat 18:00-da başlayacaq.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər