"Çelsi" qış transfer pəncərəsində "Barselona"nın fransalı müdafiəçisi Jül Kundeni rənglərinə bağlamağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, "zadəganlar" təcrübəli oyunçunun Kataloniya təmsilçisində son vaxtlar az forma şansı tapmasından istifadə etmək istəyir.
İspaniya klubunun yanvarda yeni transferlər edə bilməsi üçün bəzi futbolçularla yolları ayırmaq məcburiyyətində olduğu bildirilir.
London rəhbərliyi yaranan bu əlverişli fırsəti dəyərləndirərək müdafiə xəttini fransalı ulduzla gücləndirməyə çalışacaq.