UEFA Avropa Liqasında Liqa mərhələsinin 2-ci turu çərçivəsində Çexiya "Slaviya"sını qəbul edəcək "Sabah"ın oyununa satılan biletlərin sayı açıqlanıb.
Bunu Fanat.Az-a Azərbaycan çempionunun mətbuat sözçüsü Elnur Həmidov bildirib.
İlk ev oyunu üçün paket biletlərlə birlikdə 46 mindən çox bilet artıq sahibini tapıb.
Hazırda bilet satışı davam edir. "Sabah"ın Liqa mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçünsə paket biletlərin satışı oktyabrın 1-dən dayandırılıb. İndiyədək ümumilikdə 100 mindən çox bilet satılıb.
Qeyd edək ki, oktyabrın 13-də Bakı Olimpiya stadionunda təşkil ediləcək qarşılaşma saat 20:45-də start götürəcək.
Mirağa