1-ci Liqa təmsilçisi "Səbail" çempionatın 4-cü turunda çempionluğa digər namizəd "Karvan-Yevlax"ı qəbul edəcək. Meydan sahiblərinin təcrübəli müdafiəçisi Slavik Alxasovla əlaqə saxlayıb bu görüşdən nə gözlədiyini, mümkün heç-heçənin onu qane edib-etməyəcəyini soruşduq.
Arxa xətt oyunçusunun Fanat.Az-a açıqlaması belə oldu:
"Məqsədimiz çempion olmaq və Premyer Liqaya vəsiqə qazanmaqdır. Bütün oyunlara qələbə üçün çıxırıq. Rəqibin adının bizim üçün heç bir önəmi yoxdur. Sabahkı matçda da yaxşı mübarizə aparmağa və qələbə qazanmağa çalışacağıq".
Oktyabrın 8-də baş tutacaq "Səbail" - "Karvan-Yevlax"ı qarşılaşması Binə qəsəbə stadionunda keçiriləcək. Matçın start fiti 15:30-da səsləndiriləcək.
Nihat