UEFA İrlandiya ilə İsrail arasında keçirilən (1:1) Millətlər Liqasının ikinci oyununun fasiləsində baş verən hadisə ilə bağlı araşdırma başladıb.
Fanat.Az xəbər verir ki, hadisəyə İsrail oyunçularından birinin İrlandiya komandasının rəsmisinə tüpürməsi ittihamı səbəb olub.
Qurumun açıqlamasında deyilir:
"UEFA Etika və İntizam müfəttişi 4 oktyabr 2026-cı ildə Serbiyanın Baçka Topola şəhərində keçirilən İrlandiya Respublikası və İsrail arasında matçında yaşananlarla bağlı müvafiq intizam araşdırması aparmaq üçün təyin edilib".
Komandalar arasında oyunlar İsrailin Fələstinə qarşı hərbi əməliyyatları ilə bağlı gərginlik fonunda baş tutub. İrlandiya tərəfinin oyunlardan çəkilməsinə çağırışlar edilsə də, ölkənin futbol federasiyası sonda hər iki matçı davam etdirməyə qərar verib.
Qeyd edək ki, komandalar oyundan əvvəl və ya sonra əl sıxmayıblar.
Mirağa