Almaniyanın Regional Liqasında növəbti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Dusseldorf "Fortuna"sının ikinci komandası "Vattenskeid 09"u qəbul edib.
21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Tuğrul Erat və bu komandamızdan dəvət alsa da, zədəli olduğu üçün Makedoniya ilə oyuna yollanmayan Eren Taşkın start heyətində meydana çıxıb. Eren 39-cu dəqiqədə fərqlənərək hesabı açıb. Tuğrul isə 83-cü dəqiqədə sarı vərəqə alıb. Oyun 2:2 hesabı ilə başa çatıb.
Fanat.az