Milli komandamız növbəti oyununa çıxıb. Fanat.az xəbər verir ki, Berti Foqtsun başçılıq etdiyi yığmamız Estoniya ilə yoldaşlıq oyunu keçirib.
Tallindəki "A. Le Coq Arena"da baş tutan oyunda hesab 45-ci dəqiqədə açılıb. Gert Kams səhvindən sonra topu ələ keçirən Rauf Əliyev Sergey Pareykonu da keçib topu boş qapıya vurub. 54-cü dəqiqədə Sergey Zenyov müdafiəçilərin səhvindən yararlanaraq bərabərliyi təmin edib. 66-cı dəqiqədə künc zərbəsindən sonra estonlar ikinci qolu vurur. Bu dəfə ikinci hissədə meydana çıxan Joel Lindpere fərqlənib. Bundan sonra oyunda qol olmayıb və millimiz 1:2 hesabı ilə yenilib.
Qeyd edək ki, bu yığmamızın indiyədək yoldaşlıq görüşləri və yoxlama xarakterli turnirlərdə 104-cü matçı olu. Belə oyunlarda meydanlardan 28 qələbə, 35 bərabərlik, 41 dəfə isə məğlubiyyətlə ayrılmışıq. Rəqib qapılarına 97 qol vuran futbolçularımız 132 top buraxıb.
Millimiz tarixində 8-ci dəfə Estoniya ilə qarşılaşıb. İndiyə qədər keçirilən 7 qarşılaşmanın 1-də qələbə sevinci yaşayan komandamız, 2 dəfə məğlub olub, 5 oyunda isə tərəflər meydandan bərabərliklə ayrılıb.
Yoldaşlıq oyunu
15 noyabr
Estoniya - Azərbaycan 2:1
Qollar: Sergey Zenyov, 55. Joel Lindpere, 66 - Rauf Əliyev, 45.
Estoniya: 1. Sergey Pareyko, 2. Gert Kams (23. Teyjo Teniste, 61), 3. Mikk Reyntam, 5. Dmitri Kruqlov (19. Siim Luts, 78), 6. Aleksandr Dmitriyev (2. Joel Lindpere, 57), 8. Henri Anyer (22. Rimo Hunt, 78), 10. Sergey Zenyov (9. Tarmo Kink, 66), 11. Henrik Oyama (16. Sergey Moşniokov, 55), 14. Konstantin Vasilyev (k), 18. Ken Kallaste, 21. Artyom Artyunun.
Ehtiyat oyunçular: 12. Maykl Aksalu, 4. Karol Mets, 13. Martin Vunk, 17. Enap Jagger.
Baş məşqçi: Tarmo Ryüütli.
Azərbaycan: 12. Anar Nəzirov, 2. Bədavi Hüseynov (20. Ufuk Budak, 46), 3. Rasim Ramaldanov, 4. Mahir Şükürov (k), 5. Elnur Allahverdiyev, 7. Vaqif Cavadov (9. Cihan Özkara, 77), 10. Rüfət Dadaşov, 11. Rauf Əliyev (Pərdis Fərcad Azad, 58), 15. Ruslan Abışov, 18. Maksim Medvedev (Ali Gökdəmir, 76), 19. Rahid Əmirquliyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 23. Səlahət Ağayev, 16. Cavid Hüseynov, 17. Vüqar Nadirov, 21. Vladimir Levin, 22. Ruslan Əmircanov, 24. Taşkın İlter, 25. Vurğun Hüseynov.
Sarı vərəqə: Teyjo Teniste, 73.
Baş məşqçi: Berti Foqts.
Hakimlər: Aleksey Nikolayev, Oleq Tselovalnikov, Vitali Drozdov (Rusiya), Silver Koiv (Estoniya).
Tallin. "A. Le Coq Arena". Saat 20.45.
Fanat.az