Millimizə gələcəyi deyilən mütəxəssis Avropada birincidi

Millimizə gələcəyi deyilən mütəxəssis Avropada birincidi

Yılmaz Vural Avropada ən çox klub çalışdıran baş məşqçidi. Fanat.az xəbər verir ki, məşqçilik karyerasına 1986/87 mövsümündə "Malatyaspor"da başlayan türk mütəxəssis indiyədək 22 kluba başçılıq edib.

Onu 15 komanda çalışdırmış Roy Hodcson izləyir. Hollandiyalı Qus Hiddink, ispan Xavyer Klemente, türklər - Samet Aybaba və Ümit Kayıhan 13 komandaya başçılıq edib.

Karyerası ərzində 1504 matça çıxan Aleks Ferqyuson ən çox oyunda komandaya rəhbərlik etmiş baş məşqçidi. O, həm də Avropanın ən çox qələbə qazanan mütəxəssisi olub - 902. İkinci pillədə qərarlaşan Arsen Venger 1359 oyundan 706-da qələbəyə sevinib.

Türk mütəxəssislər arasında isə ən çox oyunda komandaya başçılıq edən Yılmaz Vuraldı - 684. Onu 614 oyunla Şenol Günəş izləyir. Samet Aybaba üçüncü (575), Fatih Terim dördüncüdü (554).

Fatih Terim 554 matçdan 308-də qələbəyə sevinərək türk mütəxəssislər arasında birinci olub. Yılmaz Vural isə 258 oyunda məğlub olaraq ən çox yenilgi görən mütəxəssisdi.

Qeyd edək ki, bir müddət əvvəl Yılmaz Vuralın millimizin baş məşqçi postuna namizəd olduğu deyilirdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər